📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müharibə astanasında – ABŞ 8 500 nəfər hərbçisini səfərbər etdi 

2022-01-25 17:25:00

Müharibə astanasında – ABŞ 8 500 nəfər hərbçisini səfərbər etdi 

Hurriyyet.az “Yeni Akit” nəşrində istinadla xəbər verir ki, hazırda yaranmış böhranlı vəziyyətdə Ukraynanı dəstəkləmək üçün ABŞ-ın 8500 nəfər hərbçisi döyüşə hazır vəziyyətə gətirilib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Con Kirbi Ukrayna böhranında gözlənilməz vəziyyətlərə qarşı NATO qüvvələrinin fəallaşacağı təqdirdə dəstək vermək üçün 8500 nəfər hərbçini səfərbər elədiklərini bəyan edib.

Hürr Tərcüman