"Müharibə başlasa, Ermənistan çökəcək" - İrəvan parlamentinin rəsmisi
2022-11-16 17:33:00
“Müharibə olacağı təqdirdə, hətta İrəvan düşmənin silahı altında qala bilər”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə komissiyasının sədr müavini Armen Xaçatryan jurnalistlərə deyib.
Deputat, eyni zamanda “Hərbi balans dəyişərsə, Ermənistan tammiqyaslı müharibəyə başlaya bilərmi?” sualına “Ölkəmiz üçün son dərəcə ağır nəticələr olacaq” cavabını verib.