📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Müharibə bitəndən sonra neftin qiyməti sürətlə düşəcək" - Tramp

2026-03-16 19:09:13

Müharibə bitəndən sonra neftin qiyməti sürətlə düşəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp PBS-nin müxbirinə açıqlamasında deyib.

ABŞ Prezidenti bildirib ki, İranla müharibə bitdikdən sonra neftin qiymətinin sürətlə aşağı düşəcəyini gözləyir.

Tramp müharibənin müddəti ilə bağlı suala isə “Bunun çox vaxt aparacağına inanmıram” deyə cavab verib.