📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Müharibə bizə qarşı aparılıb” - Putin

2026-10-02 10:16:21

“Müharibə bizə qarşı aparılıb” - Putin

“Ukrayna ilə bağlı həqiqət ondan ibarətdir ki, müharibəyə başlayan Rusiya Federasiyası olmayıb, əksinə, müharibə Rusiyaya qarşı aparılıb”.

Hurriyyet.net  xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

O qeyd edib ki, ekspertlər arasında Rusiya ilə bağlı suallar yaranır – xüsusilə də “Rusiya sülhdən danışır, lakin özü müharibəyə başlayıb” fikri ilə əlaqədar.

“Mən bu barədə əvvəllər dəfələrlə danışmışam, lakin belə bir iclasda bunu bir daha deyəcəyəm: həqiqət nədən ibarətdir? Həqiqət budur ki, müharibəni biz istəməmişik və ya başlamamışıq; əksinə, müharibə bizə qarşı aparılıb”, – deyə Putin qeyd edib.