📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müharibə nəticəsində Ukraynaya dəymiş ziyanın məbləği açıqlanıb

2022-03-28 16:45:00

Müharibə nəticəsində Ukraynaya dəymiş ziyanın məbləği açıqlanıb

Rusiyanın işğalçı siyasəti Ukraynaya indiyədək 564,9 milyard dollara ziyan vurub.

Hurriyyet.az Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna İqtisadiyyat naziri Yuliya Svridenko müharibə nəticəsində Ukraynaya dəymiş maddi ziyanın məbləğini açıqlayıb:

- İnfrastruktura dəymiş ziyan - 119 milyard dollar;

- Ümumi Daxili Məhsul itkisi - 112 milyard dollar;

- Mülki itkilər - 90 milyard dollar;

- Müəssisə və təşkilatların itkiləri 80 milyard dollar;

- Ukrayna iqtisadiyyatınını investisyia itkisi 54 milyard dollar;

- Dövlət büdcəsinin itkiləri - 48 milyard ollar.