📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müharibə veteranları üçün kiçik təsərrüfatlar yaradıldı - Foto

2026-08-13 20:11:11

Müharibə veteranları üçün kiçik təsərrüfatlar yaradıldı - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 160 nəfər müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin edilib. 

Hurriyyet.Media xəbər verir ki, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə biznes planlarına uyğun kiçik ailə bizneslərini qurublar.

Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur.

Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə aktivlər verilir.