📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Müharibədə çox sayda macarlar həlak olurlar” – “Qərb savaşı qızışdırır”

2023-05-19 12:13:00

“Müharibədə çox sayda macarlar həlak olurlar”  – “Qərb savaşı qızışdırır”

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto Rusiya mətbuatına açıqlamasında Budapeştin Ukrayna ilə Rusiya arasında danışıqlar üçün meydan verməyə həmişə hazır olduğunu söyləyib.

Nazir hələ müharibənin əvvəlində Macarıstanın hər iki ölkəyə onun ərazisində sülh danışıqları aparmağı təklif elədiyini deyib.

Onun sözlərinə görə Macarıstan Ukrayna ilə qonşu olduğuna görə bu münaqişə ona baha başa gəlib: “Ukraynada böyük macar diasporu yaşayır. Onların üzvləri Ukrayna ordusuna səfərbər edilir,cəbhəyə gedirlər. Təəssüf ki, onlardan çoxu həlak olur. Ona görə də sülh çağırışı edirik. Çünki, bu – insan həyatlarını qorumağın yeganə yoludur”.

Nazir deyib: “Hazırda Avropa və transatlantika konteksti sülhün əleyhinə işləyir. İnsanları sülhə səsləmək lazımdır”.

Hürr Tərcüman