📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müharibədən sonra Zelenskinin filmi rekord qırdı

2022-03-12 15:28:00

Müharibədən sonra Zelenskinin filmi rekord qırdı

Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasətə gəlməmişdən əvvəl baş rolda oynadığı "Xalqın xidmətçisi" serialı bir həftə ərzində 15 ölkəyə satılıb.

Milli.Az xəbər verir ki, ekran işinin müəllif hüquqlarına sahib olan İsveç yayım şirkəti 20 ölkə ilə danışıqlar apardıqlarını açıqlayıb.

Bu barədə "Eccho Rights" adlı agentliyin ortaqlarından olan Nicola Soderlund məlumat verib. 

Sözügedən layihə 2015 - 2019-cu illərdə yayımlanıb.

Qeyd edək ki, Zelenski serialda tarix müəllimi Vasiliy Qoloborodkonu canlandırırdı və o, verdiyi açıqlamalarla xalqın səsini toplayaraq dövlət başçısı seçilib.

Milli.Az