Müharibənin astar üzü – Rusiya-Ukrayna savaşı səbəbindən bir ölkənin 140 milyon nəfər əhalisi qaranlıqda qalıb
2022-10-05 12:00:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Banqladeşin şimal-qərb zonası istisna olmaqla, qalan bölgələrində elektrik enerjisi yoxluğundan əziyyət çəkir.
“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Rusiya-Ukrayna müharibəsi nəticəsində enerji qiymətlərinin bahalaşması ölkənin iqtisadiyyatına ciddi zərər vurub və elektrik enerjisinin vaxtaşırı kəsilməsinə səbəb olub. Ölkədə elektrik enerjisindən istifadənin azaldırlması üçün məktəblərin 2 günlüyə bağlanması qərara alınıb.
Ölkə böhrandan çıxmaq üçün 4,5 milyard dollar kredit almaq məqsədi ilə IMF beynəlxalq bankına müraciət edib.
Hürr Tərcüman