📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müharibənin bitməsi üçün 3 mümkün ssenari

2022-07-09 09:17:00

Müharibənin bitməsi üçün 3 mümkün ssenari

Rusiya ilə müharibənin başa çatması üçün üç mümkün ssenari var.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov danışıb.

A.Reznikov 3 mümkün ssenarini belə sıralayıb:

- Ukraynanın şimalında və Zmeyni adasında olduğu kimi rusların növbəti “xoş niyyət jestləri” silsiləsi. Ssenaridə Ukraynanın fevralın 24-dək olan sərhədlərinə çatması nəzərdə tutulur, daha sonra isə yəqin ki, beynəlxalq tərəfdaşların köməyi ilə Donbas və Krımın işğal olunmuş rayonlarının statusu ilə bağlı danışıqlar başlayacaq;

- tədricən mübarizə və müasir silahların köməyi ilə rus ordusunun ən ağrılı yerlərinə zərbələr endimək;

- Rusiyada "suverenliklər paradı" və ölkənin dağılması.

Reznikov qeyd edib ki, üçüncüsü ən uzun ssenaridir, lakin bunu mütləq görəcəyik.