📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır" - Emmanuel Makron

2022-07-15 13:39:00

“Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edəcək”.

Hurriyyet.az “Report”-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron yerli KİV-ə müsahibəsində deyib.

“Yay və payızın əvvəli çətin keçəcək. Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır. Fransa daim Ukraynaya kömək edə biləcək”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl Makron savaşın ilin sonunadək çəkəcəyini demişdi. Onun fikrincə, Rusiya qalib gələ bilməz.