“Müharibənin son mərhələsindəyik” – ZELENSKİ
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin son etapında olduqlarını söyləyib.
Hurriyyet.az xəbər verir ki, V.Zelenski Rumıniyanın “Digi24” kanalına müsahibsəində müharibənin bitmə tarixini dəqiq bilməsə də, onun son mərhələdə olduğunu bildiyini söyləyib:
“Mən sizə dəqiq tarix deyə bilmərəm. Düşünürəm ki, heç kim deyə bilməz... Mən bilirəm ki, biz əks-hücuma gedirik və Rusiya bizim ərazilərimizi tərk edəcək. Mənə elə gəlir ki, bilirəm bu, nə vaxt olacaq. Amma mən bunu sizə deyə bilmərəm. Birinci mərhələ işğal idi. Bunun ardınca hücumun dayandırılması gəldi. Daha sonra təşəbbüsün ələ alınması baş verdi. Mənə elə gəlir ki, biz sonuncu hissədəyik. Bizim çox qorxularımız var – maliyyə, silah... Lakin biz son mərhələdyik, ən çətin mərhələdə”.
“AzPolitika.info”