📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Muharrem İnceyə qarşı “kaset skandalı”nda 17 nəfər həbs edilib

2023-05-13 16:31:00

Muharrem İnceyə qarşı “kaset skandalı”nda 17 nəfər həbs edilib

Məmləkət Partiyasının sədri Muharrem İncenin prezident seçkilərinə 3 gün qalmış namizədliyini geri götürməsi ilə nəticələnən “kaset skandalı”nda 17 nəfər saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, Muharrem İnce ilə bağlı sosial mediada yayılan görüntülərdən sonra Ankara Baş Prokurorluğu şantaj, hədə-qorxu, sənədləri saxtalaşdırma, şəxsi məlumatları qanunsuz ələ keçirmə və yayma, şəxsi həyatın toxunulmazlığını pozma ittihamları ilə istintaq başladıb.

Bu barədə Baş Prokurorluqdan verilən açıqlamada bu fikirlər yer alıb: “Məmləkət Partiyasının sədri Muharrem İnce tərəfindən 10.05.2023-cü il tarixdə “Twitter” hesabından edilən paylaşımda qeyd olunan iddiaların araşdırılması üçün şübhəlilər haqqında 5237 saylı Türk Cəza Qanuna əsasən, 2023/107442 saylı istintaq çərçivəsində Avrasiya Araşdırmaları Qurucusu Kamal Özkiraz da daxil olmaqla 17 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Xaricdə olan şübhəlilərdən 4-ü haqqında həbs qərarı istənilib”.

Xatırladaq ki, bu yaxınlarda sosial şəbəkələrdə Muharrem İnceye aid olduğu iddia edilən qeyri-etik videolar yayılıb. Siyasətçi bütün bunların FETÖ tərəfindən provokasiya olduğunu bildirərək, dövləti bu məsələlər ilə bağlı lazımi araşdırmalar aparmağa çağırmışdı.

AzPolitika.info