Mühazirələrdə tələbələrə hansı məhdudiyyət qoyulacaq? - Nazir AÇIQLADI
2021-09-07 14:51:00
“Yaxın günlərdə ali və orta ixtisas təhsili müəssisələrində təşkilati məsələlərlə bağlı qaydalar hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq”.
Hurriyyet.az-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
O, əyani təhsilə keçiddə böyük auditoriyalarda çoxlu sayda tələbə ilə mühazirələrin keçirilməsinin əleyhinə olduğunu vurğulayıb:
“Biz mühazirələrdə təxminən 50 nəfərin iştirakını nəzərdə tuturuq”.