📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Münaqişə dövrünü geridə qoymuşuq” - Paşinyan

2026-02-04 18:40:42

“Münaqişə dövrünü geridə qoymuşuq” - Paşinyan

“Ermənistanla Azərbaycan arasındakı bu prosesi təsəvvür etmək mümkünsüz idi. Buna baxmayaraq, biz inanılmaz bir nailiyyət əldə etdik. Bu səbəbdən 2025-ci ildə sülh bərqərar oldu. İndi isə baş verənlər yenə də inanılmaz görünür”.

“Qafqazinfo”  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

“Sülh və bu mükafatın verilməsi nəinki onun qeyd edilməsidir, bu, həmçinin onun təsdiqidir ki, Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar”, - deyə o vurğulayıb.