📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Murad Dadaşov Aytən Səfərova ilə bağlı QƏRAR VERDİ: Bir neçə gün sonra...

2024-09-10 13:42:01

Murad Dadaşov Aytən Səfərova ilə bağlı QƏRAR VERDİ: Bir neçə gün sonra...

Aprel ayında  avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovadan xəbər var. Qəzadan sonra televiziyaya qayıtmağına baxmayaraq, Səfərova Xəzər telekanalındakı əvvəlki vəzifəsinə geri dönməmişdi. Hazırda telekanalda redaktor vəzifəsində çalışan Səfərovanın tezliklə əvvəlki vəzifəsinə geri dönəcəyi bildirilir. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Yenisabah.az-a Aytən Səfərovanın keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib. 

Mənbə deyib ki, istintaq davam etdiyi üçün ötən sezon efirə çıxması məqbul sayılmayan aparıcı bu sezon yenidən efirə qayıdacaq. 

O, bir neçə gün sonra Xəzər TV-nin "Xəbər ertəsi” verilişində yenidən aparıcılığa başlayacaq. Sözügedən telekanalın rəhbəri Murad Dadaşov bununla bağlı qərarını açıqlayıb.