📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Murad Süleymanov vəzifəsindən azad edildi

2026-11-25 20:10:03

Murad Süleymanov vəzifəsindən azad edildi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov işdən çıxarılıb.

Modern.az xəbər verir ki, Murad Süleymanov səhiyyə naziri Anar Bayramovun əmri ilə işdən azad olunub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları həyata keçirən qurumdur.

Xatırladaq ki, Murad Süleymanov əvvəllər Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində rəis müavini vəzifəsində çalışıb.