Mürsəl İbrahimov onu rəis təyin etdi - Foto
2024-09-04 10:51:02
Polkovnik-leytenant Eldar Nəbiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə rəis təyin edilib.
Hurriyyet.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.
Qeyd edək ki, E.Nəbiyev bu təyinatadək SHXÇDX-nin Sabunçu rayon idarəsində həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi olub.