Mürsəl İbrahimov rəisi işdən çıxardı - Yeni təyinat (FOTO)
2024-10-04 16:03:05
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qaradağ rayonu idarəsinin rəisi Faiq İsmayılov vəzifəsindən azad edilib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.
Xidmət rəisinin digər əmri ilə Nasir Qurbanov SHXÇDX-nin Qaradağ rayon idarəsinin rəisi təyin olunub.
Unikal.az