📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Musa Musayev: "Camaatın arvadını, qızını yox, öz arvadımı qucağıma almışam, yaxşı eləmişəm"

2024-01-10 19:43:34

Musa Musayev:

Ötən gün sosial mediada müğənni Musa Musayev və Təranə Qumralla bağlı paylaşılan video müzakirələrə səbəb olub.

Hurriyyet.az Big.az-a istinadən xəbər verir ki, sözügedən video insanlar tərəfindən qınanılıb.

Bununla bağlı olaraq Təranə Qumral "Rəngarəng səhər" verilişində açıqlama verib.

O bildirib ki, həmin hadisə planlaşdırılmış deyildi.

"Musa məni qucağına götürəndə xəbərim yox idi. İndi mod düşüb, görürəm aparıcı müğənnini qucağına alıb. Ayıb da olmasın bu kişi mənim neçə illik qocamdır, yoldaşımdır bəs siz niyə Musadan öyrənib xalqın yoldaşını qaldırırsız?"

Təranə xanımın sözləri ilə razılaşan Musa bəy "Camaatın arvadını, qızını yox, öz arvadımı qucağıma almışam, yaxşı eləmişəm",- deyib.