Musa Qurbanlı İsveçdə ilk qolunu vurdu - VİDEO
2023-08-23 21:37:59
Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç kubokunda oyuna çıxıb.
Komanda 2-ci mərhələdə 1-ci divizionun lideri "Sandvikens"lə qarşılaşır.
Matç Bakı vaxtı ilə saat 20:00-da başlayıb. M.Qurbanlı sözügedən görüş üçün start heyətdə yer alıb.
O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.
Offsideplus.az