📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Musa Qurbanlının dəyəri milyonlarla ölçüldü

2023-04-13 21:34:00

Musa Qurbanlının dəyəri milyonlarla ölçüldü

İtaliyanın "sportcafe24.com" saytında "Qarabağ"ın futbolçusu Musa Qurbanlının "Torino" klubuna mümkün keçidi haqda xəbər tirajlanıb.

Bu gün 21 yaşı tamam olan hücumçunun İtaliya klubuna keçid ehtimalı 25 faiz olaraq göstərilib. 

Bundan başqa, Qurbanlının dəyərinin təxminən 5 milyon avro olduğu da vurğulanıb.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Misli Premyer Liqasında 20 qolla bombardirdir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.\\Offsideplus.az