📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müsavat başqanı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili ilə GÖRÜŞÜB

2022-12-16 13:48:00

Müsavat başqanı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili ilə GÖRÜŞÜB

Görüş zamanı Azərbaycandakı ictimai-siyasi durum, Qarabağda çağdaş durum, ölkədə insan haqlarının vəziyyəti, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub

"Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşdük". Hurriyyet.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Başqan onu da qeyd edib ki, ABŞ səfirliyində keçirilən görüşdə Azərbaycandakı ictimai-siyasi durum, Qarabağda çağdaş durum, ölkədə insan haqlarının vəziyyəti, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub: "Amerika Azərbaycan münasibətləri, Müsavat Partiyasının ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüşdə Müsavat başqanının müavini Səxavət Soltanlı və ABŞ səfirinin müşaviri Brett Dvorak iştirak edirdi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az