📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mustafa Şəntopdan Laçın yolu ilə bağlı açıqlama

2023-04-28 11:46:00

Mustafa Şəntopdan Laçın yolu ilə bağlı açıqlama

Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

“Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir”, - M.Şəntop bildirib.