📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Muttaki Türkiyədən mesaj verdi: Talibanın tanınmaması...

2021-10-16 19:42:00

Muttaki Türkiyədən mesaj verdi: Talibanın tanınmaması...

Əfqanıstanda Taliban hökumətinin hələ ki, heç bir ölkə tərəfindən tanınmamasını əfqan xalqının haqlarının qəsb edilməsi kimi qəbul edirik.

Bunu Türkiyədə səfərdə olan Əfqanıstan xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki deyib.

O bildirib ki, istər Dohada ABŞ və AB nümayəndələri ilə keçirilən görüşlərdə olsun, istərsə də Türkiyədəki iclaslarda biz bunu dilə gətirmişik:

“Dünyada elə dövlətlər quruldu ki, bunlardan bəziləri güc tətbiq etməklə, hərbi qiyamla və yaxud bir ailənin seçkilərə təzyiq göstərməsi ilə reallaşdı. Niyə bunlar rəsmən tanınır da, Əfqanıstandakı faktiki dövlət tanınmır? Bizə görə bu vəziyyət əfqan xalqının haqlarının qəsb edilməsidir. Bu vəziyyət Əfqanıstan iqtisadiyyatına mənfi təsirlər göstərir. ABŞ tərəfindən blok edilən pullar sərbəst buraxılmalıdır. Əgər iqtisadiyyatımız yaxşılaşarsa, o zaman Əfqanıstan bölgədə iqtisadiyyatın və əlaqələrini gücləndirilməsində çox əhəmiyyətli rol oynaya bilər”. \\Axar