📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müxalifət şərtini açıqladı: Boykota son verilə bilər

2022-01-04 09:40:00

Müxalifət şərtini açıqladı: Boykota son verilə bilər

Eks-prezident Mixail Saakaşvilinin işini araşdırmaq üçün komissiya yaradılarsa, boykota son qoymağa və parlamentə qayıtmağa hazıram.

Hurriyyet.az xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Xatiya Dekanoidze deyib.

O, parlamentdə Saakaşvilinin işini araşdırmaq üçün müvəqqəti komissiyanın yaradılmasını vacib hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, Saakaşvili ötən il oktyabr ayının 1-dən həbsxanadadır. Eks-prezidentə dəstək üçün müxalifət nümayəndələri demək olar ki, fasiləsiz etiraz aksiyaları keçirir.