"Müxalifəti ABŞ maliyyələşdirir" - dövlət başçısı
Hurriyyet.az xəbər verir ki, Keniya Prezidenti Amerika fondunu ölkədəki etirazları maliyyələşdirməkdə ittiham edib.
Keniya Prezudenti Vilyan Ruto ABŞ-ın "Ford Fondu" adlı xeyriyyə təşkilatının ölkədəki etirazların arxasında durduğunu söyləyib. Bu barədə "Standart" (The Standard) nəşri məlumat verib.
Ruto xəbərdarlıq edib: "Əgər onlar Keniyada demokratiyanın olmasında maraqlı deyillərsə, ya dəyişilməli, ya da getməlidirlər".
O, Keniyadakı etirazların səbəbkarlarının hamısının məsuliyyətə cəlb edilməli olduğunu deyib.
Keniyada iğtişaşlar ABŞ Prezidenti Co Baydenin ölkəni "NATO-ya daxil olmayan əsas müttəfiqlər" siyahısına salmasından sonra baş verib. Keniya Saxaradan cənubda yerləşən Afrika ölkələri arasında bu statusu almış ilk dövlətdir.
Hürr Tərcüman