📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Müxalifətin yeni etiraz aksiyasının yeri və tarixi AÇIQLANDI

2024-05-31 23:52:42

Müxalifətin yeni etiraz aksiyasının yeri və tarixi AÇIQLANDI

Müxalifət hərəkatının lideri, Ermənistanın baş nazirliyinə namizəd Baqrat Qalstanyan paytaxtın mərkəzində çıxışı zamanı tərəfdarlarını Gümrü və İrəvanda yeni etiraz aksiyaları keçirməyə çağırıb.

Bu barədə Hurriyyet.Az "TASS"a istinadən xəbər verir.

O bildirib ki, iyunun 1-i səhər müxalifət Gümrüyə gedəcək və orada Teatr meydanında mitinq keçirəcək. İyunun 2-də onlar hökumət binasına getmək niyyətindədirlər.

Qeyd edək ki,  Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.