Muxtar Babayev COP31-in Prezidenti ilə görüşdü
2026-04-19 10:54:20
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in prezidenti Murat Kurum ilə görüşüb.
Modern.az xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanın davamlılığı təmin edərək COP-a dəstək olmaq üçün COP31 Sədrliyi ilə birlikdə çalışacağı vurğulanıb.