📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Muxtar Maniyevin oğlu vəzifədən azad edildi

2026-11-18 13:53:42

Muxtar Maniyevin oğlu vəzifədən azad edildi

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb. 

Polkovnik Maniyev ehtiyata buraxılıb.

Qeyd edək ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, sonuncu vəzifəyə təyin edildikdən sonra rütbəsi artırılıb, idarə rəisi polkovnik Anar Eyvazovun müavini kimi fəaliyyət göstərib.