Nabranda istirahət mərkəzində kütləvi zəhərlənmə - YENİLƏNİB
2022-07-20 13:07:00
Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.
TƏBİB-dən bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:
"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".
***
Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.
Hurriyyet.az APA-ya istinadən bildirir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.
Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə onlar qidadan zəhərlənib.
Fakt araşdırılır.