📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nadir Nəbiyevə vəzifə verildi

2026-03-12 22:10:23

Nadir Nəbiyevə vəzifə verildi

Nadir Nəbiyev "Şəfa" Futbol Klubunun akademiya rəhbəri vəzifəsinə təyin olunub.

Milli.Az bu barədə kluba istinadən xəbər verir.

Bildirilib ki, peşəkar futbolçu kimi uzun illər Azərbaycan futbolunda çıxış etmiş Nadir Nəbiyev "Neftçi", "Turan Tovuz" və "Xəzər Lənkəran" klublarının heyətində oynayıb, həmçinin Azərbaycan milli komandasının üzvü olub.