📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naftalanda yol qəzası: 1 ölü, 2 yaralı

2024-01-13 20:08:18

Naftalanda yol qəzası: 1 ölü, 2 yaralı

Naftalanda yol qəzası: 1 ölü, 2 yaralı

Hurriyyet.Az xəbər verir ki, Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı şəhər sakini, 2001-ci il təvəllüdlü Elşən Qələndərov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Digər avtomobildə olan, 1962-ci il təvəllüdlü Feyzulla Həşimov və 1981-ci il təvəllüdlü Seymur Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.