📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Namaz vaxtı imamın üstünə çıxan pişiyin videosu trend oldu - VİDEO

2023-04-05 23:25:00

Namaz vaxtı imamın üstünə çıxan pişiyin videosu trend oldu - VİDEO

Əlcəzairdə təravih namazı zamanı içəri girən pişiyin görüntüləri yayılıb.

Hurriyyet.Az Türkiyə mediasına istinadən xəbər verir ki, məscidə girən pişik təravih namazı qılan imamın üstünə çıxıb, lakin imam pişiyə mane olmayıb və namazı davam etdirib.
Şirin pişik namaz zamanı İmam Şeyx Vəlid Mahyasın çiyninə çıxıb.
İmam Mahyas pişiyi çiyninə alaraq namaza davam edib
Məscidə girən pişiyin namaz qılan imamın üstünə atladığı o anlar sosial şəbəkələrdə yayılıb.
Qısa müddətdə gündəmə gələn videoda imamın heç bir reaksiya vermədən pişiyi çiyninə alaraq namaza davam etməsi izləyicilərin marağına səbəb olub.
Şirin pişiyin məscidin imamı Mahyas olduğu öyrənilib.