📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu

2024-12-14 13:47:05

Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala salınıb.

Bu barədə Hurriyyet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, nəticədə dekabrın 14-də saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb.

Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır.