📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naməlum qadın türk bayrağını endirmək istədi

2022-01-05 10:26:00

Naməlum qadın türk bayrağını endirmək istədi

Türkiyənin Karabük vilayətində naməlum qadın Türkiyə bayrağını endirməyə çalışıb.

Hurriyyet.az xəbər verir ki, üzünü gizlədən qadın yol kənarındakı obyektlərdən birindən asılmış bayrağı endirməyə çalışsa da buna nail ola bilməyib və oradan uzaqlaşıb.

Qadın bu hərəkəti müşahidə kameralarının obyektivinə düşüb.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra polis araşdırmalara başladıb və Türk bayrağını endirməyə çalışan şəxsin Ş.U. olduğu müəyyən edilərək saxlanılıb.