Naməlum səbəbdən çökən binanın dağıntıları altından 1-i ölü, 9 nəfər çıxarılıb
2024-06-02 14:56:05
Hürriyyet.az xəbər verir ki,naməlum səbəbdən çökmüş binada 8 nəfər yaralanıb,1 nəfər həyatını itirib.
Xəstəxanaya yerləşdirilən 8 yaralı arasında A.C. və S.D adlı 6 aylıq qızın həyatının təhlükədə olduğu bildirilib.
İstanbul Valiliyi dağıntılar arasında heç kimin qalmadığını və axtarış-xilasetmə qruplarının dağıntıları dinlədiyini açıqlayıb.
Qeyd edək ki,bina uçandan sonra bir nəfər öz imkanları ilə dağıntılar altından çıxıb və içəridə qalanlar barədə qruplara məlumat verib.