📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naməlum şəxs İmam Rza məqbərəsində ziyarətçilərə hücum etdi

2022-04-05 16:30:00

Naməlum şəxs İmam Rza məqbərəsində ziyarətçilərə hücum etdi

İranın Məşhəd şəhərində bıçaqla silahlanmış naməlum bir şəxs İmam Rza məqbərəsinin ziyarətçilərinə hücum edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb.

Məlumata görə, hücum zamanı azı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Silahlı şəxs isə saxlanılıb.

Hazırda hücumun səbəbləri araşdırılır.