📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Namik Xıdırova yüksək vəzifə verildi

2024-06-21 19:58:34

Namik Xıdırova yüksək vəzifə verildi

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qurumun "İNNOVA İnnovativ Reklamçılıq Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin edib.

Hurriyyet.Az qaynarinfo-ya istinadən xəbər verir ki, "İNNOVA İnnovativ Reklamçıllq Şirkəti" MMC-nin direktoru Gülnar İbrahimova vəzifəsindən azad edilib. Bu vəzifəyə Fərhad Adıgözəlovun müvafiq əmri ilə, Xıdırov Namik Sədaqət oğlu təyin olunub.

Qeyd edək ki, N.Xıdırov bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində çalışıb.