📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Namiq Qaraçuxurluya ağır itki

2024-09-23 21:08:01

Namiq Qaraçuxurluya ağır itki

Meyxanaçı Namiq Qaraçuxurluya ağır itki üz verib. 

Hurriyyet.Az olay.az-a istinadən xəbər verir ki, sənətçinin anası Qənirə xanım dünyasını dəyişib. 

Qeyd edək ki, 2 il əvvəl söz xiridarının anası İranın Ərdəbil şəhərində əməliyyat olunmuşdu. O, uzun müddətdir qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkirmiş.