📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Namiq Rufodan qisasını aldı: Masallınski ölümcül döyüldü - VİDEO

2024-12-12 21:43:10

Namiq Rufodan qisasını aldı: Masallınski ölümcül döyüldü - VİDEO

Dekabrın 8-də Moskvada daha bir azərbaycanlı kriminal, Rufo Gənciskinin adamı kimi tanınan Xaba Masallınski döyülüb.

Hurriyyet.Az-ın Diaspora.TV-yə istinadən məlumatına görə, Xaba Masallınskini Türkiyədə yaşayan “qanuni oğru” Namiq Səlifovun adamları döyüblər.

Səbəb isə bir neçə gün əvvəl Moskva ətrafındakı kafelərin birində Namiq Səlifovun yaxın adamı Arif Zabratı (Babayev) ölümcül döyənlərdən birinin də elə məhz Xaba Masallinskinin olması göstərilir.

Hər iki qrupu tanıyan şəxsin Diaspora.TV-yə verdiyi məlumata görə, Xaba Masallınskini döyən Arif Zabratın özü olub.