Namizəd Səfərova hökm oxundu
2026-11-26 16:35:28
Hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hurriyyet.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası N.Səfərovu külli miqdarda dələduzluq cinayətində təqsirli bilib.
Hökmə əsasən, ona 7 il həbs cəzası verilib. Hüquqşünas Səfərov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, N.Səfərov ötən ilin sonunda polis tərəfindən tutulub. O, bir nəfərin vəzifəyə təyin edilməsinə kömək edəcəyi adı ilə 53 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.