📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Namizədlər müəyyənləşib" - İranın Ekspertlər Məclisi

2026-03-04 14:26:18

İranın yeni Ali Rəhbəri ilk fürsətdə seçiləcək.

APA “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Ekspertlər Məclisinin üzvü Seyid Əhməd Xatəmi deyib.

Onun sözlərinə görə, artıq namizədlər müəyyənləşib və yeni Ali Rəhbərin seçilməsinə yaxındırlar.

“Amma indi müharibə vəziyyətidir. Düşmənin ikinci hədəfi Ekspertlər Məclisidir”, - Xatəmi bildirib.

Ekspertlər Məclisinin üzvü namizədlərin adlarını açıqlamayıb.