📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nanə ad gününü görün kimin evində qeyd etdi? - FOTOLAR

2025-02-13 12:04:48

Nanə ad gününü görün kimin evində qeyd etdi? - FOTOLAR

Aparıcı Nanə Ağamalıyeva ad gününü Xalq artisti Arif Babayevin evində qeyd edib. 

Hurriyyet.az xəbər verir ki, onunla birlikdə xanəndənin evinə Xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Gülüstan Əliyeva, Cabir Abdullayev və başqaları yer alıblar. 

Nanə həmin anları sosial şəbəkə hesabında paylaşıb:

"Ad günümü dəyərli şəxsiyyət, ustad sənətkar, Xalq artisti Arif Babayevin evində qeyd etdik. Allah sizə can sağlığı, uzun ömür versin ! Sənətkarımızın həyat yoldaşı Gültəkin xanıma isə ayrıca təşəkkür edirəm". (Yenisabah)