📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Nant" - "Qarabağ" oyunu ilə bağlı arzuolunmaz xəbər

2022-08-30 20:21:00

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Nant" - "Qarabağ" matçında təxribat ola bilər.

Bu arzuolunmaz xəbər sosial şəbəkələrin Ermənistan seqmentində yayılıb. Əsasən Teleqram kanallarında tirajlanan məlumatlarda Fransa təmsilçisi ilə adıçəkilən ölkədə baş tutacaq matç zamanı Azərbaycan əleyhinə təxribat törədiləcək. Mənfur qonşularımız buna hazırlıq gördüklərini də aşkar qeyd ediblər.

Xatırladaq ki, "Qarabağ" "Nant"la ev matçını sentyabrın 15-i. səfər oyununu isə oktyabrın 27-si keçirəcək. \\Offsideplus.az