Naqelsmandan Türkiyə millisinə böyük həmlə
2023-12-04 19:34:28
Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsman maraqlı qərar verib.
Gənc mütəxəssis türk futbolçu Dəniz Undavı yığmaya dəvət edəcək. Bu məlumatı “Sky” yayıb.
Naqelsman Dənizi AÇ-2024-də əsas heyət üzvü olaraq düşünür.
Hazırda “Ştuttqart”da çıxış edən hücumçu Almaniyanın Ahim şəhərində doğulub. 27 yaşlı forvard bu mövsüm komandasının heyətində 11 qarşılaşmada 9 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Dəniz Undavın Türkiyə, yoxsa Almaniya millisini seçəcəyi hələ dəqiq bilinmir. \\Offsideplus.az