Nar ağaclarının kəsilməsinə görə obyekt sahibi cəzalandırıldı
Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Qafqazinfo.az xəbər verir ki, araşdırma zamanı ərazidə obyekt tikintisi aparılan zaman 1 şam tingi və 6 nar kolunun məhv edildiyi, təbiətə 3360 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Faktla bağlı obyektin sahibi Elməddin Aslanov barəsində akt tərtib olunub və cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür. Eyni zamanda, məhv edilmiş yaşıllıqların əvəzinə ərazidə 5 sərv ağacı əkilib, identifikasiya etiketi vurularaq agac az portalında yerləşdirilib”,-məlumatda bildirilib.
Qeyd edək ki, sözügedən ərazidə nar ağaclarının məhv edilməsi ilə bağlı sakinlər tərəfindən “Qafqazinfo”ya müraciət edilmişdi.