📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Narek Karapetyan Ermənistan parlamentində fraksiya rəhbəri oldu

2026-08-01 22:40:36

Narek Karapetyan Ermənistan parlamentində fraksiya rəhbəri oldu

Müxalif "Güclü Ermənistan" blokunun Siyasi Şurasının üzvü və partiya lideri Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan yeni çağırış parlamentdə fraksiyanın rəhbəri seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə partiyanın "Facebook" səhifəsində məlumat yayılıb.

Məlumata görə, "Güclü Ermənistan" parlament fraksiyasının rəhbəri vəzifəsinə Narek Karapetyan, fraksiyanın katibi vəzifəsinə isə Tiqran Abramyan seçilib.