📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Narkotik çəkib maşın sürən şəxs saxlanıldı

2022-02-17 11:52:00

Narkotik çəkib maşın sürən şəxs saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Nicat Kərimovun idarə etdiyi VAZ-21013 markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən N.Kərimovun psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.

Hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırmalara davam etdirilir.