NARKOTİK TƏRKİBLİ ÇAY QALMAQALI - Yusif Güney ev dustaqlığına buraxıldı
2026-05-12 14:13:33
Rəqəmsal platformadakı çıxışı zamanı "Ayahuska çayı" haqqında həvəsləndirici ifadələr işlətdiyi üçün həbs olunan müğənni Yusuf Güney barəsində yeni məhkəmə qərarı verilib.
Hurriyyet.az yerli KIV-ə istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, müğənninin bəhs etdiyi çayın tərkibindəki DMT maddəsi qadağan olunmuş vasitələr siyahısına daxildir. Bu səbəbdən aprelin 9-da saxlanılaraq məhkəməyə sövq edilən sənətçi barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Bu gün keçirilən məhkəmə iclasında Yusuf Güneyin ev dustaqlığına buraxılmasına qərar verilib.